Xəzər Xəbər

Şamaxıda ağır qəza: 2 ölü, 3 yaralı var - VİDEO

Veb TV | 20:02 • 17 İyun 2018
Şamaxıda ağır qəza: 2 ölü, 3 yaralı var -

Minik avtomobilinin yük maşını ilə toqquşması 2 nəfərin ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində baş verib. Rayon sakini 50 yaşlı Əflatun Feyzullayevin idarə etdiyi kiçik tutumlu yük maşını qarşıdan gələn və Göyçay sakini, 20 yaşlı Vasif Cabbarovun sükan arxasında olduğu minik avtomobili ilə toqquşub.

Qəza zamanı 2 nəfər sərnişin-Ucar sakini, 50 yaşlı Sima Məmmədova və Göyçay sakini, 33 yaşlı Elmin Məmmədov aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

Hər iki sürücü və bir nəfər sərnişin-27 yaşlı Nemət Feyzullayev isə ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti