Xəzər Xəbər

Heç nə gizli qalmır: 31 illik dəhşətli sirrin üstü açıldı

Maraqlı | 12:52 • 16 İyun 2018
Heç nə gizli qalmır:

Kiçik qız kimsəsiz kimi dəfn edilmiş və məzarı adsız qalmışdı

31 öncə yol kənarında tapılan 3-4 yaşlarında qız uşağının cəsədi ilə bağlı həqiqət aydınlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 31 illik sirr, tamam başqa bir iş üzrə DNT analizi aparılarkən ortaya çıxıb.

Hadisə 1987-ci ildə Fransada baş verib. Həmin il yol kənarında körpə qız meyiti aşkarlanıb. Uşağın cəsədinin müayinəsi zamanı onun döyüldüyü, sümüklərinin qırıldığı, bədənində qızğın dəmir izləri olduğu müəyyən edilmişdi. Kiçik qız kimsəsiz kimi dəfn edilmiş və məzarı adsız qalmışdı. Aradan uzun müddət keçsə də, qızın cəsədinin kimliyi müəyyən edilə bilməmişdi.

Lakin bu günlərdə tam təsadüf nəticəsində bir oğlanın DNT nümunələri analiz edilərkən, həmin nümunələrin 31 il əvvəl tapılan qızın nümunələri ilə eynilik təşkil edib. Beləliklə, bu oğlanla həmin qızın qardaş-bacı olduqları bəlli olub və müdhiş faktın üstü açılıb.

Bununla əlaqədar, oğlanın (yəni həm də qızın) valideynləri saxlanılıb. Onların adları açıqlanmasa da, 60 yaşlarında cütlük olduğu bildirilir.

Xəbər lenti