Xəzər Xəbər

"Xəzər" maşınlarının satış şərti açıqlandı İlkin ödəniş 50%

İqtisadiyyat | 13:35 • 8 İyun 2018
"Xəzər" maşınlarının satış şərti açıqlandı
"Azərmaş” ASC və "İran Khodro” şirkətinin birgə istehsal etdiyi "Xəzər” avtomobilləri növbəti həftədən satışa çıxarılacaq.

XəzərXəbər xəbər verir ki, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. O, bildirib ki, satış mərkəzləri Bakının "Babək", "Ziya Bünyadov" prospektlərində və Badamdar qəsəbəsində olacaq.

E.Axundovun sözlərinə görə, ilk olaraq "Xəzər" LD və CD modeli, ümumilikdə isə 100 avtomobil satışa çıxarılacaq: "CD modeli 16 min, LD modeli isə 18 min manata satılacaq. Zavodda 160 avtomobilin istehsalı nəzərdə tutulub. Daha sonra tələbata uyğun olaraq istehsal həcmi artırıla bilər. Avtomobillərin ehtiyat hissələri isə iyunun 20-dən satışda olacaq".

Satışa gəldikdə isə kredit şərtlərində 50%, lizinq şərtləri ilə isə 20% ilkin ödəniş tələb olunacaq. Lizinq və kredit üzrə illik faiz dərəcəsi isə 18% nəzərdə tutulub.

Xəbər lenti