Xəzər Xəbər

CNN Bakı memarlığı haqqında fotoreportaj hazırlayıb - VİDEO

Veb TV | 19:07 • 26 May 2018
CNN Bakı memarlığı haqqında fotoreportaj hazırlayıb -

Dünya şöhrətli CNN internet ünvaninda paytaxt Bakının tarixi memarlıq abidələrindən bəhs edən fotoreportaj hazırlayıb. Müəllif şəhərin ruhundan, burada inşa edilən abidələrdən, paytaxtda yaşayan müasir və multikultural əhalidən və "qara qızıl"a bürünən şəhərin keçdiyi tarixi sınaqlardan ətraflı söhbət açıb.

Xezerxeber.az-ın məlumatına görə, CNN-ın Bakı haqqında fotoməqaləsində müəllif Tom Marsden qeyd edir ki, 150 il əvvəl Bakının sərhədləri yalnız İçərişəhərin divarları ilə məhdudlaşırdı, lakin "neft bumu" ndan sonra şəhər yeni mərhələyə qədəm qoyub və Bakı inkişaf etməyə başlayıb.

CNN məlumat verir ki, İçərişəhərin xaricində ilk küçə İstiqlaliyyət olub ki, burada Monte Karlo kazino stilində Filarmoniya və Sadıqov qardaşları tərəfindən Bakıda ilk dəfə liftdən istifadə olunmaqla inşa edilən çəhrayi bina böyük diqqət çəkib. Məqalədə həmçinin neft magnatları Musa Nağıyev, Şəmsi Əsədullayev və Zeynalabdin Tağıyevin inşa etdiyi binalar barədə də məlumat verilib.

CNN, "küləklər şəhəri"nin ünvanına bir neçə bənzətmələr işlədir. Qeyd olunur ki, Bakı-Şərqin Parisidir. Ötən 15-20 il əvvəl qədim müsəlman qalasına bənzəyən şəhərin ahəngi yenilənib. Burada qotik , borokko, neoklassik və Şərq üslubu xüsusi harmoniya təşkil edir. Qədim Şirvanşahlar sarayından ultramüasir Alov qüllələrinə açılan mənzərə isə bu şəhərin qədim və zəngin tarixini, mübarizəsini, itkilərini və bu gününü gözlər önünə sərir.

Şəhərin multikultural mühiti, burada yaşayan digər millətlərin Bakının müasir görünüşünə qatdığı rəng qeyd olunur. XXI əsrin memarlığı haqqında danışan CNN Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi və Alov Qüllələri kimi müasir memarlıq nümunələrini təqdim edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti