Xəzər Xəbər

Rusiya yağlarında təhlükəli maddələr tapıldı: SİYAHIYA baxmadan almayın

Dünya | 18:18 • 23 May 2018
Rusiya yağlarında təhlükəli maddələr tapıldı:

Rusiyada süd məhsulları bazarında aparılan araşdırma maraqlı faktlar üzə çıxarıb.

Xüsusilə kərə yağının tərkibi yoxlanılıb və bu zaman əsasən 72,5 faiz yağlılığı olan məhsulların analizi aparılıb.

Məlum olub ki, mağazalarda satılan yağların 50 faizi keyfiyyətli və standarlara uyğundur. Məhsulların 25,6 faizində standartların pozulduğu qeydə alınıb. Ümumilikdə Rusiya bazarında olan 82 məhsul analiz edilib. Məhasulların hər kilqoramı üçün qiymət 33 rubldan 92 rubla qədər dəyişib.

Yağlar 23 göstərici üzrə analiz edilib. "Приволжский молочный завод", "Выбор хозяйки", "Кунгурское", "Нытвенское" və "Вемол", "Вятушка","Стожок", "Крестьянское","Чабан", "МОЛОКО" və "Кот де Франс","Молочная сказка","Каждый день", "Fine life”, "Простоквашино","Вкуснотеево", "Козельское живое", "Домик в деревне", eləcə də "Томмолоко" yağları standartlara uyğun olub.

"Грин Агро", "Ирбитское", "Молочный комбинат”, "Ставропольский", "Омский знак качества","Очень важная корова", "Семёнишна" və "Сливочное утро" yağlarında isə vəziyyət ürəkaçan olmayıb. "Белый медведь” yağında isə hətta droj və göbələk də tapılıb.

"Кубанский молочник", "Здоровье из Предгорья","Першинское" və "Тюменьмолоко", "Янта”, "Карлов двор", "Благовещенский молочный комбинат" və "Славмо" da yağlılığın maksimal azaldılması 7 faiz oub ki, mütəxəssislərin sözlərinə görə, bunlar artıq yağ yox, nəsə başqa məhsuldur.

Xatırladaq ki, Azərbaycan bazarında da bu yağlardan bəzisi satılır./cebhe.info

Rubrikanın digər xəbərləri

Xəbər lenti