Xəzər Xəbər

İsrail dünyada ilk dəfə bu təyyarədən istifadə etdi

Dünya | 11:06 • 23 May 2018
İsrail dünyada ilk dəfə

İsrail dünyada ilk dəfə olaraq beşinci nəsil "Lockheed Martin F-35 Lightning II” qırıcı təyyarəsini döyüşdə tətbiq edib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin "Twitter” səhifəsində məluma verilib.

İsrail Hərbi Hava Qüvvələrinin baş komandanı Amikam Norkin deyib: "Biz dünyada ilk dəfə olaraq hədəflərə hücum etmək üçün hərbi şəraitdə "F-35” qırıcısından istifadə etdik”.

Qeyd edək ki, İsrail ABŞ-dam 50 ədəd "F-35 Lightning II” təyyarəsi sifariş verib. İşlər tamamandıqdan sonra təyyarələr "F-35I Adir” adını alıb. Ölkə ilk iki qırıcını 2016-cı ildə alıb.

Xəbər lenti