Xəzər Xəbər

Söküntü zamanı toz-duman yaradanlar cəzalandı - TİKİNTİ ŞİRKƏTLƏRİNƏ XƏBƏRDARLIQ - VİDEO

Veb TV | 20:39 • 22 May 2018
Söküntü zamanı toz-duman yaradanlar cəzalandı -

Bakıda söküntü işləri aparan şirkət barəsində sanitar normaları pozduğuna görə akt tərtib olunub və cərimələnməsi üçün məhkəməyə göndərilib. Söküntü işləri zamanı ətrafı toz-duman bürüyüb və yaşıllıqlar zədələnib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtda Mirəsədulla Mirqasımov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən qəzalı binaların yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü işlərinin aparıldığı ərazidən gedir.

Aparılan söküntü işləri zamanı ətrafa tozun yayılması həmin ünvanda yaşayan və işləyənlərin narahatlığına səbəb olub.

Elə vətəndaşlar sözügedən faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər.

Faktlarla bağlı akt və protokol tərtib olunub.

Məsələ ilə bağlı həmin ərazidə tikinti işləri aparan şirkətdən münasibət öyrənmək istəsək də, bu, mümkün olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha paytaxtda tikinti işləri aparan şirkətlərinə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, söküntü və tikinti işləri aparan şirkətlər mütləq sanitar normalara əməl etməlidirlər. Əks halda, qaydaları pozanlar barəsində qanuna müvafiq tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti