Xəzər Xəbər

Nəticələr açıqlandı: 3 abituriyent 700 bal toplayıb

Gündəm | 16:30 • 22 May 2018
Nəticələr açıqlandı:
Ali məktəblərə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri ötənilki səviyyədədir.

XəzərXəbər xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.


O, bildirib ki, I qrup üzrə 2 nəfər, IV qrup üzrə isə 1 nəfər 700 bal toplayıb: "Bu, yaz imtahanın nəticəsidir. Yay imtahanında nəticələrin daha da yüksələcəyini gözləyirik. Bu il imtahanlarda abituriyentlərin ikinci imtahan vermək şansı ilə yanaşı, ixtisas qruplarını da dəyişmək şansı var”.

M.Abbaszadə bildirib ki, ötən il yaz və yay imtahanlarının nəticələri arasında 20 bal fərqi qeydə alınıb: "Bu, belə də olmalıdır, iki ay əlavə məşğul olurlar. Elə abituriyentlər də var ki, birinci imtahandan sonra ikinci imtahana nizam-intizamı pozmaq məqsədilə daxil olurlar. Hesab edirlər ki, birinci imtahanda nəticələri var və yetərlərdir. İkinci imtahana qayda pozmaq üçün daxil olurlar”.

DİM rəhbəri qeyd edib ki, qayda pozuntusu edənlərin imtahan nəticələri ləğv olunacaq: "Yaz imtahanlarında da telefon keçirməyə, köçürməyə və ya başqasının əvəzinə keçməyə cəhdlər olub. Onların imtahan nəticələri ləğv olunub və yay imtahanına buraxılmayacaq”.

Xəbər lenti