Xəzər Xəbər

Kənddən şəhərdə yaşayan arvadının yanına gəldi və parkın ortasında... Azərbaycanda ŞOK

Hadisə | 13:00 • 22 May 2018
Kənddən şəhərdə yaşayan arvadının yanına gəldi və parkın ortasında...

Göyçay rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü Rəşad Haşımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, bu il yanvarın 24-də Göyçay rayonun Kürdəmiş kənd sakini olan Rəşad Həşimov həyat yoldaşı, 1987-ci il təvəllüdlü Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayıb, daha sonra onun başını kəsməyə çalışıb.

Məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan Rəşad Həşimova ətrafdakı insanlar buna imkan verməyib.

Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq araşdırması zamanı baş verən bıçaqlanma olayının təfərrüatı məlum olub. Rəşad Həşimov həyat yoldaşı Vüsalə Kərimovanı qısqanclıq zəminində bıçaqladığı üzə çıxıb.

Cütlük arasındakı münasibətlər pozulandan sonra Vüsalə Kərimova boşanmaq üçün məhkəməyə müraciət edib. O, kənddən Göyçay şəhərindəki ata evinə qayıdıb.

Bundan sonra onların münasibəti daha da kəskinləşib.

Yanvarın 24-də Rəşad Həşimov həyat yoldaşı ilə söhbət eləmək istədiyini bildirərək Göyçayın mərkəzindəki parkda onunla görüşüb.

Bu zaman o, özü ilə gətirdiyi bıçaqla Vüsaləyə bir neçə zərbə endirib. Qadının öldüyünü düşünən 43 yaşlı kişi daha sonra özünü bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Rəşad Haşımovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

Növbəti proses mayın 31-də davam edəcək./publika.az

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti