Xəzər Xəbər

Burundan çıxan qalıqları atmayın Alimlərdən MARAQLI KƏŞF

Maraqlı | 13:59 • 3 May 2018
Burundan çıxan qalıqları atmayın

Elm dünyası daha bir maraqlı kəşfə imza atıb. Alimlər iddia edir ki, burun qurdalamaq və qurumuş qalıqları yemək bir çox xəstəliklərə qarşı orqanizmdə müdafiə bariyeri yaradır.

Araşdırmanı aparan Professor Fridrix Bişxinger burun bakteriyaları tərəfindən yığılan bu qalıqların sanki bir filtr rolu oynadığını və bağırsağa düşən zaman dərman effekti verdiyini deyir.

Burnunu qurdalayan insanlar əksər cəmiyyət tərəfindən gülünc qarşılansa da, alimlər bu hərəkətə maraqlı izah gətirib. Belə ki, bir çox video roliklərdə insanların hər fürsətdə, nəqliyyatda işıqforda dayanan zaman, yatmazdan əvvəl, bir anlıq fikirə dalan zaman burnunu qurdalaması tez-tez rast gəlinən hallardandır.

ABŞ mütəxəssislərinin keçirdiyi bir çox araşdırmaların məqsədi çarəsiz xəstəliklərə qəti çıxış yolu tapmaqdır. Bu araşdırmalardan birinin də nəticəsi mətbuata yayılıb. Belə ki, mediada əks-səda doğuran araşdırmaya görə burnunu qurdalayan insanlar olduqca sağlamdır və burnundan çıxardığını yemək bir çox xəstəliyi yox edir.

Mütəxəssislər uşaqların burnunu qurdalamasına etiraz olaraq onları tənqid edən valideynlərə müraciət edərək, bu davranışlara mane olmamalarını tövsiyə edib. Araşdırmanın ikinci hissəsində isə burundan çıxarılan quru qalıqların yeyilməsi orqanizmin immun sistemini möhkəmləndirdiyi təsdiqlənib.

Alimlər selikli qişa təbəqəsinin bakteriyalar baxımından zəngin olduğunu və bu bakteriyaların dişlərə yapışdığı zaman çürümə prosesinin qarşısını aldığını da vurğulayıblar./publika.az


Xəbər lenti