Xəzər Xəbər

Gömrük Komitəsinin yeni sədri kollektivə təqdim olundu - FOTO

İqtisadiyyat | 13:39 • 24 Aprel 2018
Gömrük Komitəsinin yeni sədri kollektivə təqdim olundu -

Prezidentin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilən Səfər Məmməd oğlu Mehdiyev Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov tərəfindən komitənin kollektivinə təqdim edilib.

DGK-dan xezerxeber.az-a verilən məlumata görə, Əli Əsədov Səfər Mehdiyevin həyat yolu barədə məlumat verərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılmasında mühüm rol oynayan gömrük orqanlarının fəaliyyətindən danışıb. Prezidentin köməkçisi bildirib ki, son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də həyata keçirilən mütərəqqi islahatlar ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, tranzit potensialının gücləndirilməsində mühüm rol oynayıb. Əli Əsədov ölkəmizdə gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkili istiqamətində dövlət başçısının gömrük orqanları qarşısında qoyduğu vəzifələrdən bəhs edib və verilən tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Prezident İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısı tərəfindən gömrük orqanları qarşısında qoyulan vəzifə və tapşırıqların uğurla icra olunacağını vurğulayıb.

Xəbər lenti