Xəzər Xəbər

Bir neçə SAAT QALDI – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Dünya | 10:54 • 24 Aprel 2018
Bir neçə SAAT QALDI

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” Partiyasının rəhbəri, "Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyan bu gün Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icraçısı Karen Karapetyanla görüşəcək.

XəzərXəbər Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Nikol Paşinyanın özü bildirib.

Onun sözlərinə görə, Karapetyanla danışıqlar yerli vaxtla saat 11:00-da "Armeniya-Mariott” mehmanxanasında başlayacaq.

Parlamentin deputatı dünənki mitinqdə elan edib ki, siyasi dialoqun təklif edilmiş gündəliyi qüvvədə qalır.

"Bizim çağırışımızda bir deyil, bir neçə məsələ var”, - Paşinyan deyib.

"İkinci addım (birinci addım Serj Sarkisyanın baş nazir vəzifəsindən istefası idi və bu tələb dünən yerinə yetirilib –red.): parlament baş naziri təyin edir və bu, növbəti həftə ərzində olmalıdır. Sonra müvəqqəti hökumət formalaşdırılır. Sonra isə ən qısa məntiqi müddətdə növbədənkənar parlament seçkiləri keçirilməlidir”, – Paşinyan vurğulayıb.

Nikol Paşinyan həmçinin söyləyib ki, Ermənistanda nifrət atmosferi bağlanıb.

"Ermənistanda azadlıq, qardaşlıq, qanunilik və milli birlik atmosferi yaradılacaq”, – deputat vurğulayıb.

Əlavə edək ki, Karapetyan Kremlin adamı olaraq tanınır./publika.az

Xəbər lenti