Kremlin adamı Paşinyanla həbsdə görüşüb və...
AÇIQLANDI
Dünya
|
16:31 • 23 Aprel 2018
Ermənistanın baş nazirinin müavini Karen Karapetyan
etirazçıların lideri Nikol Paşinyanla həbsdə görüşüb.
Bu barədə Paşinyanın özü
məlumat verib.
Həbsdən azad olunan Paşinyan bildirib ki, Karapetyan onun
saxlanıldığı kameraya gəlib.
O, görüşün detallarını açıqlamayıb, lakin etirazçıları iki saat
fasilə etməyə çağırıb. Paşinyan axşam mitinqdə çıxış edəcəyini də
bildirib.
Qeyd edək ki, bu gün Ermənistan prezidentinin iqamətgahında baş
nazir Serj Sarkisyan, prezident Armen Sarkisyan, baş nazirin
müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanın iştirakı
ilə fövqəladə müşavirə keçirilib. Müşavirədən sonra Karapetyan
Paşinyanla görüşə getdiyini açıqlayıb.
Kremlin adamı olaraq tanınan Karapetyanın Paşinyanla görüşə getməsi
Rusiyanın Ermənistanda nəzarəti əldən vermək niyyətində olmadığını
göstərir. Ehtimallar var ki, Karapetyan baş nazir postunda
Sarkisyanı əvəz etsin.