Xəzər Xəbər

Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq

İqtisadiyyat | 13:53 • 23 Aprel 2018
Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq

Azərbaycanda QAZ kommersiya avtomobillərinin yığılması həyata keçiriləcək.


Bu, "QAZ avtomovil zavodu” MMC və "Azərmaş” ASC arasında imzalanmış əməkdaşlıq memorandumunda nəzərdə tutulub.


Sənəd Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə imzalanıb.


Bildirilir ki, həmin avtomobillər Hacıqabul sənaye zonasında yığılacaq.

Xəbər lenti