Xəzər Xəbər

Həbs olunmuş “Quska” Bakı hava limanında VİDEO

Veb TV | 11:06 • 23 Aprel 2018
Həbs olunmuş “Quska” Bakı hava limanında
Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, "Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Bu barədə "Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Hüseyn Abdullayevin həbsi və ekstradisiyası iki ölkə arasında əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq həyata keçirilib.

Hüseyn Abdullayevə qarşı vergidən yayınma maddəsi ilə cinayət işi başlanılıb.

Bakı aeroportunda Hüseyn Abdullayevin ekstradisiyasını özündə əks etdirən kadrları təqdim edirik:

Xəbər lenti