Fövqəladə Hallar Nazirliyi Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.
Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "VAZ” markalı minik avtomobili və "KAMAZ” markalı yük avtomobili toqquşub.
Hadisə
yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq
xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü
Qasımov Mansur Yasən oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat
vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa
çatıb.