Xəzər Xəbər

Bakıda nəhəng LAYİHƏ Ziya Bünyadov prospekti ilə Balaxanı şosesi birləşəcək

Gündəm | 10:42 • 28 Mart 2018
Bakıda nəhəng LAYİHƏ

Bakıda daha bir magistral yol layihəsi reallaşacaq.

XəzərXəbər bildirir ki, bu barədə Trend-ə özəl açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, həmin yol Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində gölün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçəcək.

8 xətli magistral yol paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək.

Qeyd edək ki, yolun uzunluğu 2 km olacaq.

Xəbər lenti