Xəzər Xəbər

Bu bazarda istənilən növ məhsula rast gəlmək mümkündür - VİDEO

Veb TV | 19:04 • 23 Mart 2018
Bu bazarda istənilən növ məhsula rast gəlmək mümkündür -

Qəbələnin 100 ildən çoxdur fəaliyyət göstərən Nic bazarında bütün bölgələrdən gətirilən istənilən növ məhsula rast gəlmək mümkündür.

Xezerxeber.az-ın məlumatına görə, Lənkarandan limon, Göycaydan nar, üzüm, Öğuzdan qoz, Balakəndən xurma, Şəkidən şirniyyatlar gətirilərək bazarda satılır. Buranın alıcıları da müxtəlif bölgələrin sakinləridir.

Həftə bazarında qiymətlərin ucuz olduğu da bildirilir.

Bazarda kənd təsərrüfatı məhsulları ilə yanaşı, mal, qoyun, at, toyuq-cücə, müxtəlif əşyalar alıcılara təklif edilir.

Bayram günləri burada daha çox sıxlıq müşahidə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti