Xəzər Xəbər

20 aylıq körpəyə qarşı DƏHŞƏTLİ ƏMƏL: təcavüz etdi, sonra... - VİDEO

Veb TV | 11:42 • 21 Mart 2018
20 aylıq körpəyə qarşı DƏHŞƏTLİ ƏMƏL:

2015-2017-ci illərdə özəl xəstəxanalardan birində çalışan 42 yaşlı tibb bacısının danışdıqları insanları dəhşətə gətirib.

Türkiyədə Balçiçek İlterin proqramına qatılan şəxs bir vaxtlar çalışdığı xəstəxanada 20 aylıq təcavüzə uğramış körpə qız uşağının gizlədildiyini iddia edib. O bildirib ki, xəstəxanaya təcavüz edilmiş körpə gətirilmişdi, lakin həkimlər bu barədə polisə və aidiyyəti orqanlara xəbər verməmişdilər:

"Körpə xəstəxanaya gətirildiyində ağlamaqdan səsi batmışdı. Uşağın tənəffüs sistemində ciddi problemlər var idi. Uşağı ailəsi özü gətirmişdi. O, 2 saatdan çox dayanmadan ağladı və nəhayət öldü. Həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmadı".

İddialar əsasında araşdırma başladılıb. Uşağın bezini dəyişən tibb bacısı onun həqiqətən də təcavüzə uğradığını görüb və polisə xəbər vermək istəyib. Lakin xəstəxana rəhbərliyi ona mane olaraq, işdən azad edib.

Hazırda ötən il baş verən hadisənin təfərrüatları araşdırılır./publika.az

Xəbər lenti