Xəzər Xəbər

Türkiyəyə qarşı partizan müharibəsi başlayır – Qərbdən TƏHDİD KİMİ PROQNOZ

Dünya | 12:39 • 19 Mart 2018
Türkiyəyə qarşı partizan müharibəsi başlayır

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna (ASO) Suriyanın Afrin bölgəsində məğlub olan YPG terror təşkilatı partizan savaşı ilə cavab verməyə hazırlaşır.

Bu haqda Böyük Britaniyanın "Qardiyan” nəşrinin Yaxın Şərq üzrə müxbiri Martin Çulov iddia edib.

Afrinin şəhər mərkəzinin 48 saatdan qısa müddətdə ələ keçirilməsinə diqqət çəkilən xəbərdə qeyd edilir ki, şəhərin uzunmüddətli və çətin mühasirədən sonra alına biləcəyi barədə proqnozlar da özünü doğrultmadı.

Terror təşkilatının müdafiə üçün Rusiyadan kömək istədiyi, ancaq bu istəyin rədd olunduğu xatırlanır: "Rusiya və ABŞ daha əvvəllər fərqli səbəblərlə YPG-ni dəstəkləsələr də, ancaq daha sonra Ankara ilə əlaqələri qorumaq məqsədi ilə qarşıdurmadan kənarda qalmağı seçdilər. Rusiya və Türkiyə Suriya üzərindən özləri üçün yeni bir meydan açdılar, Ankara və Vaşinqton arasında isə YPG problemi davam edir”./publika.az

Xəbər lenti