Xəzər Xəbər

Vatsapa rəqib - "Viber" messencerində 3 YENİLİK

Texnologiya | 12:44 • 25 Fevral 2018
Vatsapa rəqib - "Viber" messencerində

Son vaxtlar Vatsap messencerinin normal işləmədiyindən şikayət edən istifadəçilər yeni messencer proqramını aktiv istifadə etməyə başlayıb. Belə ki, söhbət "Viber” messencerindən gedir.

Messencer ötən gün özünün 3 yeni funksiyasını aktivləşdirib. Sözügedən xidmətin proqramçıları qrup çatlarında xatırlatma, yenilənmiş səsli mesajlar sistemi, həmçinin çatın ehtiyat surətinin yaradılması imkanını əlavə ediblər.

Vatsap messencerindən fərqli olaraq "Viber” istifadəçiləri artıq qrup çatlarında konkret istifadəçilərə müraciət edə biləcəklər. Feysbuk messencerinin bir çox funksiyasını özündə birləşdirən "Viber" messencerində "@" simvolu yazmaq kifayətdir ki, qrup söhbətlərində konkret şəxsə ismarıc yazılsın. Adını qeyd etdiyiniz şəxs qrupda olmasa belə, sistem onun adına ünvanlanmış ismarıc haqda şəxsə xüsusi bildiriş göndərəcək.

Yeniləmədən sonra səsli mesajların müddəti 1 dəqiqə təşkil edəcək. Həmçinin məlumat itkisi zamanı onların əlavə surətlərinin yaradılması imkanı istifadəçilərin ixtiyarına verilib./publika.az

Xəbər lenti