Xəzər Xəbər

5G ilk dəfə bu telefonda olacaq İddia

Texnologiya | 11:52 • 25 Fevral 2018
5G ilk dəfə bu telefonda olacaq

Telefonlar arasında 5G internet sürətinin ilk dəfə "Samsunq Qalaksi S10”-da və ya digər "Samsunq” modellərində olması planlaşdırılır.

Bu aralar 5G üçün bir çox telefon şirkəti çalışsa da, bununla bağlı informasiyaların bəziləri cəmiyyətə açıqlanır, bəziləri isə hələ də qapalı saxlanılır.

"Xiaomi” 5G üzərində çalışdığını və 2019-cu ildə Hindistanın bəzi bölgələrində həmin telefonu test edəcəyini açıq şəkildə bildirmişdir. Bununla yanaşı, gələn il təqdim edilməsi nəzərdə tutulan "Samsunq Qalaksi S10”-da 5G-nin olması üçün "Samsunq” və "Qualkomm”un da birlikdə çalışması haqqında məlumatlar mətbuata sızıb. İddialar doğru olarsa, "Qalaksi S10” 5G-si olan ilk smartfon olacaq./axar.az

Xəbər lenti