Xəzər Xəbər

Bir dəqiqədə dünyada nə baş verir?

Maraqlı | 11:48 • 25 Fevral 2018
Bir dəqiqədə dünyada nə baş verir?

Zaman dünyada mühüm əhəmiyyət kəsb edir. Dünyada hətta saniyələr belə böyük dəyişikliklər üçün mühümdür.

Dünyada bir dəqiqə ərzində nələrin baş verdiyini təqdim edirik:

1. 1 dəqiqədə dünyaya 250 insan gəlir. Onlardan 113-ü yoxsul olaraq doğulur;

2. 1 dəqiqədə Günəş kosmosa 60 milyon ton maddə buraxır;

3. 1 dəqiqədə Günəş sistemi qalaktikada 14,5 min kilometr məsafə qət edir;

4. 1 dəqiqədə Yerdən 960 milyon ton su buxarlanır;

5. 1 dəqiqədə leopard 2 kilometr, şahin isə 5 kilometr məsafə yol qət edir;

6. 1 dəqiqədə kalibri quşu 4 min dəfə qanadını çırpır;

7. 1 dəqiqədə hər insanın bədəninin hüceyrələrində 6 milyon kimyəvi reaksiya baş verir;

8. 1 dəqiqədə Mark Zukerberq 21 min dollar, Bill Qeyts 23 min dollar qazanır;

9. 1 dəqiqədə ildırım planeti 6 min dəfə vurur;

10. 1 dəqiqədə kainat 4,5 min kilometr genişlənir;

11. 1 dəqiqədə Feysbukda 2,5 milyon status paylaşılır;

12. 1 dəqiqədə Quqlda 4 milyon axtarış aparılır.

axar.az

Xəbər lenti