ABŞ piylənmədən əziyyət çəkən insanların sayı baxımından ən yüksək olduğu ölkələr arasında ilk yerdədir.
XəzərXəbər milli.az-a istinadən bildirir ki, İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının araşdırmasına görə, 15 yaşdan yuxarı amerikalıların
38.2%-i artıq piylənmədən əziyyət çəkir.
Proqnozlara görə bu nisbət 2030-cu ildə 45%-i keçəcək.
Siyahıda ikinci yerdə Meksika qərar tutub. Bu ölkədə piylənmə problemi
ilə üzləşən vətəndaşların nisbəti 32.4% səviyyəsindədir. Meksikanı 30.7%
ilə Yeni Zelandiya təqib edir.
Digər tərəfdən, ən sağlam ölkə isə Yaponiya qəbul olunub. Yaponların sadəcə 3.7%-i artıq çəki problemindən əziyyət çəkir.