Xəzər Xəbər

Tovuzda ər-arvadı öldürüb evi yandırdılar - DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI - VİDEO

Region | 14:39 • 24 Fevral 2018
Tovuzda ər-arvadı öldürüb evi yandırdılar -

Tovuzda ər və arvad evin içində yanaraq ölüb.

Xezerxeber.az məlumat verir ki, dəhşətli hadisə rayonun Mərdan Musayev küçəsində baş verib. İki mərtəbədən ibarət evin yanmasi nəticəsində ev sahibi 73 yaşlı Fərman Məmmədov və 68 yaşlı Pakizə Mirzəyeva aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Hadisə yerinə Tovuz yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib, alov söndürülüb. Araşdırma zamanı məlum olub ki, meyitləri tapılan ər-arvadın qətlə yetirilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, Pakizə Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadınin isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Xezerxeber.az hadisə baş verən evdən görüntüləri təqdim edir:


Xəbər lenti