Fevralın 22-də Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin bəzi yerlərdə arabir çiskinli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9, Bakıda 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.