Xəzər Xəbər

Türkiyə gəmiləri döyüş vəziyyətinə gətirildi – Prezident hökuməti TƏCİLİ TOPLADI

Dünya | 12:25 • 21 Fevral 2018
Türkiyə gəmiləri döyüş vəziyyətinə gətirildi

Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizidə uzun müddətdir yaşanan gərginlik yeni bir mərhələyə keçib.

XəzərXəbər "Milliyyət” nəşrinə istinadən xəbər verir ki, Türkiyə Dəniz Qüvvələri Kipr yunanlarının neft axtarışları həyata keçirmək istədiyi 3-cü bölgədəki fəaliyyətini martın 10-na kimi uzadıb.

Yunanıstan mətbuatının xəbərinə görə, Cənubi Kipr prezidenti Nikos Anastadiadis təcili olaraq hökuməti toplayıb və Yunanıstanın baş naziri Aleksis Çiprasa vəziyyət barədə məlumat verib. Anastadiadis baş nazirdən məsələnin BMT-nin gündəminə çıxarılmasını istəyib.

Çiprasın isə Almaniyanın baş kansleri Angela Merkelə zəng edib və liderlər fevralın 23-də Brüsseldə keçiriləcək Avropa Liderləri Sammitində mövzunu müzakirə etmək barədə razılaşıblar.

Qeyd edək ki, Cənubi Kipr Şərqi Aralıq dənizini Şimali Kipr Türk Cümhuriyyətinin ətrafı da daxil olmaqla 13 ayrı bölgəyə bölərək təbii qaz axtarışları üçün lisenziya verib. Ancaq nə Türkiyə, nə də Şimali Kipr Türk Cümhuriyyəti Cənubi Kiprin bu addımının qəbul edir. Türkiyə xüsusilə yunanların "3-cü bölgə” adlandırdığı ərazidə təbii qaz axtarışlarının ciddi bir böhran yaradacağı barədə xəbərdarlıq edib.

Ancaq adanın yunan tərəfi xarici şirkətlərə təbii qaz axtarışları üçün lisenziyalar təqdim etməkdə davam edir. Son olaraq fevralın 9-da İtaliyanın ENİ şirkətinə aid "Saipem 12000” platforması təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinin sahillərində yerləşən "3-cü bölgə”yə gəlib. Yunanıstan mətbuatına görə, Türkiyə döyüş gəmiləri şirklətin fəaliyyətinə mane olub.

Yunanıstan və Cənubi Kiprin beynəlxalq təşkilatların gündəminə daşımağa çıxardığı mövzu barədə Ankara mövqeyini dəyişməyib. Türkiyənin Hərbi-Dəniz Qüvvələri bölgədə daha əvvəlcədən planlaşdırılan hərbi təlimlərini davam etdirirlər. Türkiyə bölgədəki fəaliyyətin martın 10-na kimi davam etdiriləcəyini açıqlayıb./publika.az

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti