Xəzər Xəbər

Təkcə Türkiyə deyil, bütün dünya bu serialdan danışır

Şou Biznes | 16:58 • 20 Fevral 2018
Təkcə Türkiyə deyil, bütün dünya bu serialdan danışır

"ATV" kanalında yayımlanan "Sen anlat Karadeniz” serialı dünyada ən çox izlənən seriallar siyahısına daxil olub.

XəzərXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, WIT (World Information Tracking) tərəfindən təqdim edilən siyahı "Twitter" sosial şəbəkəsində aparılan müzakirələrə əsasən hazırlanıb.

Məlumata görə, "Sen anlat Karadeniz” 45 min tvitlə onluqda 6-cı sırada bərqərar olub.

Adı çəkilən serial Türkiyədə də reytinqləri alt-üst edib. Belə ki, ekran işi ilk bölümündən sonra reytinq cədvəlinə uzun müddətdir liderlik edən "Diriliş Ertuğrul”u qabaqlayaraq birinci olub.

Qeyd edək ki, hər həftənin çərşənbə günü "ATV" kanalında yayımlanan serial ilk bölümü ilə böyük tamaşaçı kütləsi toplaya bilib. Reytinqləri alt-üst edən ekran işinin mövzusu 16 yaşında atası tərəfindən biznesmenə (Vedat) satılan qız (Nəfəs) və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır.

Cəmi 4 bölümü yayımlanan və rejissoru Osman Sınav olan serialın baş rol ifaçıları Tuna Astepe, İrem Helvacıoğlu, Mehmet Ali Nuroğludur.

Xəbər lenti