Xəzər Xəbər

Tanınmış müğənni qətlə yetirildi

Dünya | 10:31 • 20 Fevral 2018
Tanınmış müğənni qətlə yetirildi

Rusiyanın şanson mahnılar ifaçısı Pyotr Qara Moskvada yerləşən mənzilində ölü tapılıb.

"Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəisinin böyük köməkçisi Yuliya İvanovaya istinadən TASS məlumat yayıb.

Onun sözlərinə görə, fevralın 19-da "Severnı bulvar"da yerləşən yaşayış evinin mənzilində 1984-cü il təvəllüdlü kişi meyiti tapılıb.

"Vizual baxış zamanı beş bıçaq yarası şəklində zorakı ölüm əlamətləri aşkar edilib", - deyə İvanova əlavə edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, öldürülən şəxs klublarda konsertlərlə çıxış edən və Pyotr Qara kimi tanınan müğənni Pyotr Petrenkodur.

Xəbər lenti