Xəzər Xəbər

Daha bir avtobus qəzası - 2 nəfər ölüb, 2 yaralı var - VİDEO

Region | 15:03 • 18 Fevral 2018
Daha bir avtobus qəzası -

Bu gün səhər Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağir yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Masallı sakini, 57 yaşlı Şəmsəddin Babayevin idarə etdiyi mikroavtobus hərəkətdə olarkən 57 yaşlı Bakı sakini Natiq Əliyevin idarə etdiyi avtokranla toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişini - 17 yaşlı Şəbnəm Musayeva və 18 yaşli Asif Qardaşov aldıqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin - 50 yaşlı Gülzar Nurəliyeva və 30 yaşlı Amin Ağarəhimov Salyan Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti