Xəzər Xəbər

Bir neçə saatda 100 milyon insan öləcək, bu ölkə yer üzündən silinəcək DƏHŞƏTLİ PROQNOZ

Dünya | 15:04 • 15 Fevral 2018
Bir neçə saatda 100 milyon insan öləcək, bu ölkə yer üzündən silinəcək

Yaponiya tədqiqatçıları ölkənin cənubunda sualtı supervulkanda maqmanın nəhəng kütləsini aşkar ediblər.

Bu haqda "The Independent” nəşri bildirib.

Alimlərin sözlərinə görə, faciəli nəticələrin olacağı püskürmənin baş vermə ehtimalı mövcuddur. Bu vulkanın 7,3 min il əvvəl püskürərək Kyuşu adasında sivilizasiyasının məhvinə səbəb olduğu bildirilir. Məlumata görə, vulkan 41 kub/kilometr maqmaya sahibdir.

Alimlər bildirirlər ki, ən yaxın yüz ildə supervulkanın püskürmə ehtimalı bir faiz təşkil edir, ancaq bu halda 100 milyona (Yaponiya əhalisi 125 milyondur –red.) qədər insan həlak ola bilər. Bu isə bir neçə saatda baş verəcək. Ehtimal edilən püskürmə Çin, Cənubi və Şimali Amerika sahillərinə çatacaq sunaminin baş verməsinə səbəb ola, vulkanın külü isə Yaponiyanın bəzi ərazilərində "vulkanik qış" yarada bilər.

Tədqiqatçılar sualtı strukturun daha dəqiq öyrənilməsi üçün sualtı robotlardan istifadə etməyi planlaşdırırlar. Vulkanoloqlar maqmanın toplanmasının sürətini müəyyən etməyə, həmçinin supervulkanın baş verməsi səbəbini aydınlaşdırmağa hazırlaşırlar.

Qeyd edək ki, 2017-ci ildə Londondakı Universitet Kolleci və Vezuvi Rəsədxanasından olan geoloqlar Fleqreyski ərazisində ehtimal edilən supervulkan haqqında xəbərdarlıq ediblər. Neapol (İtaliya) yaxınlığında yerləşən vulkanik kaldera növbəti bir neçə onillik ərzində baş verə bilər./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti