SMS dövrünü bağlayan mesajlaşma
platforması "WhatsApp" istifadəçilərinə uzun illər pulsuz xidmət
göstərir.
Lakin Facebook" "WhatsApp"-ı aldıqdan sonra "WhatsApp"-ın
ödənişli olacağı barədə şayələri yayılmışdı. Amma olmadı. Hakerlər isə
belə məqamları gözləyirmiş. Onlar "WhatsApp"-ın hər bir yeni
funksiyasına uyğun hücumlar edir.
XəzərXəbər xəbər verir ki, artıq hakerlər "WhatsApp"ın pullu olacağı kimi sms-lər göndərməyə başlayıblar. Onların yolladığı mesajların mətni bu cürdür: "Abunəliyiniz bitdi. Hesabınızı artırmaq üçün $ 0.99 ödəyin və ömürlük abunə olun".
Şirkət tərəfindən isə ödənişli xidmət haqqında rəsmi açıqlama yoxdur. Odur ki, yuxarıda göstərilən mesaja bənzər mesaj almış olsanız, aldanmayın.