Xəzər Xəbər

Türkiyə ABŞ-ın Suriyada istifadə etdiyi aerodromu bombaladı

Dünya | 10:59 • 21 Yanvar 2018
Türkiyə ABŞ-ın Suriyada istifadə etdiyi aerodromu bombaladı

Türkiyə təyyarələri YPG-yə silahlandırılmasında ABŞ-ınSuriyada istifadə etdiyi "Minninq" aerodromuna zərbələr endiriblər.

Xezerxeber.az-ın "Hurriyet"ə istinadən verdiyi xəbərə görə, "Minninq" aerodromu Afrindəki "Zeytun budağı" əməliyyatı çərçivəsində zərbələrin endiriləcəyi 113 hədəfin siyahısına əvvəlcədən daxil edilib.

Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-daSuriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Türkiyə Hərbi-HavaQüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində əvvəlcədən nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.

Xəbər lenti