Xəzər Xəbər

6 gündür yoxa çıxan kişini görüşdüyü evli qadının əri öldürübmüş ŞOK TƏFƏRRÜAT - VİDEO

Veb TV | 18:14 • 19 Yanvar 2018
6 gündür yoxa çıxan kişini görüşdüyü evli qadının əri öldürübmüş

Türkiyənin Karaman rayonunda 6 gündür axtarılan Yasin Uzunun (35) görüşdüyü iddia edilən evli qadının əri tərəfindən öldürüldüyü ortaya çıxıb.

XəzərXəbər milli.az-a istinadən xəbər verir ki,Yasin Uzunu öldürən Hikmət Y. (45) qonşusudur. Şübhəli qonşusunu odun parçası ilə döyə-döyə öldürüb.

Polis Hikmət Y.-nin evinin həyətində apardığı axtarış zamanı Yasin Uzunun cəsədini çuxurda aşkar edib.

Şübhəli Hikmət Y.-nin sosial şəbəkə hesabında Yasin Uzunun itməsi xəbərləri ilə bağlı paylaşım etdiyi ortaya çıxıb.

Saxlanılan 5 nəfərin dindirilməsi davam edir.

Xəbər lenti