Xəzər Xəbər

Bu aydan pensiyaların nə qədər artacağı bilindi

Cəmiyyət | 11:11 • 15 Yanvar 2018
Bu aydan pensiyaların nə qədər artacağı bilindi

Rəsmi statistikaya əsasən, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2 faiz artıb. Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək.

Bu barədə xezerxeber.az-a  iqtisadçı Vüqar Bayramov bildirib.


V.Bayramovun sözlərinə görə, pensiya məbləğləri bu ay 6.2 faiz artacaq: "Yeni pensiya qanunvericiliyinə əsasən, indeksasiyada 2 əsas dəyişiklik var. Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya məbləğinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq "keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq.

Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə artıq bu anlayışdan istifadə edilmir”.

Ekspert deyib ki, yenilik bu ildən məbləğindən asılı olmayaraq, bütün pensiyalara tətbiq ediləcək:

"Bu o deməkdir ki, 250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək bu ay alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Əvvəllər də qeyd etdiyimiz kimi, indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq, bu il pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti