Xəzər Xəbər

Ayda inanılmaz kəşf: yadplanetli şəhəri tapıldı - VİDEO

Veb TV | 11:46 • 12 Yanvar 2018
Ayda inanılmaz kəşf:

Məşhur Streetcap1 Yutub kanalının yaradıcısı, tanınmış ufoloq-konspiroloq Corc Qrehem Yerin təbii peykindən çəkilmiş fotolarda yeni anomaliyanı üzə çıxarıb.

Bu dəfə o, Ayda yadplanetlilərin şəhərciyini tapdığını elan edib. Bu qeyri-adi şəkilləri Çinin planetlərarası "Çanye-3” stansiyası çəkib.

Mütəxəssis şəkillərə müdaxilə etmədiyini bildirib:

"Şəkillərə, diqqətimi çəkmiş fraqmenti böyütməkdən başqa hər hansı müdaxilə etməmişəm. Şəkillərin parlaqlığı, kontrastı və rəngi ilkin formasında olduğu kimi qalıb. Gördüyünüz kimi, Ay üfüqündə gümbəzli evlərə bənzəyən rəngbərəng obyektlər yerləşir. Maraqlıdır ki, sağdakı üç obyekt arasındakı məsafə tamamilə eynidir. Təbiətdə belə dəqiqliklə təsadüfən qaşılaşmaq mümkündür. Bununla belə əgər mən şəkilləri parlaqlaşdırıb onları neqativə çevirsəm, yaxud qammanı böyütsəm, demək olar ki, heç nə dəyişməyəcək. Obyektlər Ayın səthinə yapışdılmış kimi görünəcək. Mən bəlkə hər şeyimi verərdim ki, indi o obyektlərin içini görə bilim”.

Ayda şəhərciyin tapılması fikri FTB-nin sabiq əməkdaşı Con Lerin Ayın yadplanetlilər tərəfindən süni şəkildə yaradılmış baza olması və orada 250 milyon gəlmənin yaşaması fikri ilə ziddiyyət təşkil etmir./teleqraf.com


Xəbər lenti