Xəzər Xəbər

Qoluna qırmızı ip bağlamağın sirri Bu məlumatı mütləq oxuyun

Maraqlı | 16:10 • 27 Dekabr 2017
Qoluna qırmızı ip bağlamağın sirri

Bu gün Rusiyada bir çoxlarının qolunda qırmızı sap görmək olur. Bu aksessuar nəyə dəlalət edir?

Qırmızı sap barəsində maraqlı məlumatı təqdim edirik. Bu Kabbaladan gəlmə ənənədir. Kabbalaçıların inancına görə, qola və ya barmağa bağlanmış qırmızı sap çox güclü energetikaya malikdir.

Kabbala inancına görə, insanın sol əli bütün neqativ enerjini bizim bədənimizə və auramıza ötürə bilir. Lakin xüsusi ayin vasitəsilə bunun qarşısnı almaq, hətta uğur, səadət və sağlamlıq əldə etmək olar. Həmçinin kabbalaçılara görə, qorunmaq üçün müqəddəs yerdən götürülmüş yundan olan qırmızı sapı qola və ya barmağa bağlamaq kifayət edir. Üstəlik qırmızı sapı sizin qolunuza və ya barmağınıza sizə ən xeyirxah olan, sizin yaxşılığınızı həqiqətən ürəkdən arzu edən adam bağlamalıdır.Bu ata, ana, sevgili, hansısa xoşməramlı din adamı ola bilər.

Qırmızı sap anlayışı təkcə kabbalaçılarda deyil, bir çox xalqların da inancında var. Bizim Azərbaycanda gözü səyriyən adamlar gözləri üstünə qırmızı sap düyünləyib qoyurlar ki, xoş xəbər alsınlar. Hindistanda qız barmağına qırmızı sap bağlayırsa evlənmək istədiyini və hələ subay olduğunu bildirmiş olur./Bizimyol.info

Xəbər lenti