Xəzər Xəbər

2018-ci ildə bu telefonlarda vatsap olmayacaq TAM SİYAHI

Texnologiya | 17:09 • 25 Dekabr 2017
2018-ci ildə bu telefonlarda vatsap olmayacaq

Ən geniş yayılmış mesajlaşma tətbiqlərindən olan vatsap rəsmi səhifəsində 2018-ci ildən başlayaraq bir sıra smartfonlarda istifadə edilə bilməyəcəyini açıqlayıb.

Cari ilin 31 dekabr tarixindən sonra aşağıda sadalanan mobil telefon modelləri və sistemlərində vatsap tətbiqi aktivləşməyəcək. Bundan başqa, 2018-ci ildən etibarən şəbəkəyə 56 ədəd yeni "smaylik” əlavə ediləcək. İlkin məlumatlara görə, yeni "smayliklər”in gif formatında hazırlanacağı planlaşdırılır.

Vatsapdan istifadənin mümkün olmayacağı telefonların tam siyahısı:

"iPhone" 3GS/iOS 6

"iOS 7.0"

"Windows Phone" 7

"Android 2.0"

"Android 2.1"

"Android 2.2"

"BlackBerry OS"

"BlackBerry 10"

"BlackBerry OS"

"Nokia Symbian 40"

"Nokia Symbian 60"

Xəbər lenti