Xəzər Xəbər

Rusiya 33 vaqon qızılı ilə vidalaşa bilər TƏZMİNAT TƏLƏBİ - VİDEO

Veb TV | 13:43 • 13 Dekabr 2017
Rusiya 33 vaqon qızılı ilə vidalaşa bilər

Kiyev Donbasdakı dağıntılara görə, Rusiyadan təzminat olaraq 33 vaqon qızıl tələb edəcək.

Bu haqda insan hüquqları üzrə Ukrayna-Helsinki qrupunun analitik bölməsinin başçısı Oleq Martınenko bildirib.

Atəşin hər iki tərəfdən aparılmasına baxmayaraq, analitik bölmənin başçısı iddia edir ki, itkilərə görə Rusiya cavab verməlidir.

"Ukrayna Müdafiə Nazirliyi ilə Elmlər Akademiyasının birgə tədqiqatlarına görə, hər iki tərəfdən edilən bombardmanlar və artilleriya atəşləri nəticəsində Donbasa 33 vaqon qızıl ekvivalenti qədər zərər vurulub. Bu, prinsip etibarilə Rusiyanın qızıl ehtiyatına bərabərdir. Təzminat halında, Rusiya Federasiyası qızıl ehtiyatını itirməli olacaq”, - Martınenko bildirib.

Qeyd edək ki, Ümumdünya Qızıl Şurasına görə, indiki anda Rusiyanın qızıl ehtiyatı 1778,9 ton təşkil edir və dünya siyahısında Amerika (8133,5 ton), Almaniya (3373, ton), İtaliya (2451,8 ton), Fransa (2435,9 ton) və Çindən (1842,6 ton) sonra altıncı yeri tutur.

Rusiya hər ay valyuta ehtiyatları haqda məlumat dərc edir, buna əsasən, onun qızıl ehtiyatının ümumi dəyəri bir neçə ildə 10,9 milyarddan 73,7 milyard dollaradək artıb./publika.az


Xəbər lenti