Xəzər Xəbər

“O Səs Türkiyə”nin münsifləri Azərbaycanın məşhur mahnısına HEYRAN QALDI - VİDEO

Veb TV | 11:45 • 13 Dekabr 2017
“O Səs Türkiyə”nin münsifləri

"O Səs Türkiyə" musiqi yarışmasının son buraxlışında Ceren Düzova adlı iştirakçının oxuduğu Azərbaycan mahnısı ona uğur gətirib.

Ölkəmizdə də maraqla izlənən müsabiqənin növbəti buraxılışı Ceren Düzovanın "Ayrılıq" mahnısını ifa etməsi ilə yadda qalıb.

Cerenin ifasını bəyənərək dönən münsiflərin (Murat Boz, Gökhan, Yıldız Tilbe, Hadise) hər biri türkiyəli iştirakçının azərbaycanlı olduğunu zənn edib. Cerenin "Türkiyədənəm" deməsi münsifləri çaş-baş salıb. Onlar bu cavab qarşısında öz təəccüblərini gizlədə bilməyiblər.

Məlumat üçün bildirək ki, "Ayrılıq" mahnısının musiqisi azərbaycanlı bəstəkar və tarzən Əli Səlimiyə, sözləri isə ərdəbilli şair Fərhad İbrahimiyə aiddir. Mahnı ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran radiosunda səsləndirilib.

Sözügedən kadrları təqdim edirik:


Xəbər lenti