2017-ci il noyabrın 1-i
vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1517,8
min nəfər olub onlardan 878,1 min nəfəri iqtisadiyyatın dövlət
sektorunda, 639,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət
göstərib.
XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib
ki, muzdla işləyənlərin 21,8 faizi təhsil, 19,2 faizi ticarət;
nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə
səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi
və müdafiə; sosial təminat, 6,6 faizi tikinti, 4,7 faizi nəqliyyat və
anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və
sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində
məşğul olub.
2017-ci ilin yanvar-oktyabr aylarında ölkə
iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı
əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 525,4 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti,
peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti
sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.