Xəzər Xəbər

Hansı fəsildə doğulmusunuz? – Fəsillərə görə xarakter analizi

Cəmiyyət | 16:14 • 11 Dekabr 2017
Hansı fəsildə doğulmusunuz?

Astroloqlar doğum tariximizin xarakterimizə və taleyimizə təsir etdiyini iddia edirlər. Deyirlər hansı fəsildə anadan olmuşuqsa o fəslə uyğun ümumi xarakterlər daşıyırıq. Bizdən demək. Oxuyun baxın, bəlkə uyğunluq görəcəksiniz. Bizimyol.biz rusiyalı psixoloqların araşdırmalarının nəticəsini təqdim edir.

Bahar

Baharda doğulanlar öz nikbinlikləri ilə seçilirlər.Onlar şən və aktiv insanlardırlar. Bu şəxslər yaxşı yumor hissinə, güclü iradəyə sahib olurlar. Lakin elə bahar havası kimi dəyişən ruh halları var. Gah şən, gah da səbəbsiz yerə qüssəli olurlar. Başqalarını gözəl anlayır, həssaslıq göstərirlər.

Yay

Bu insanlar istiqanlı və incə ruhludurlar. Öz çatışmazlıqlarını yaxşı bilirlər və bu onların üstün cəhətidir. Ustalıqla duyğularına nəzarət edə bilirlər, dəniz dalğası kimi müxtəlif duyğuların arasında get -gəldədirlər. Əgər sizə ilham lazımdırsa yay adamlarına müraciət edin. Onlar sirləri yaxşı qoruyur, özləri istəmədikcə ürək sirlərini də kimsəylə bölüşmürlər.

Payız

Payızda doğulanlar balanslaşdırılmış şəxsiyyət tipinə malikdirlər. Onlarısahib olduqları fiziki və əqli üstünlükləri qane edir. Ədaləti sevirlər. Lakin ən xırda şeydən qıcıqlanırlar, amma bu xasiyyəti tərgitmək üzərində işləməyə də çalışırlar.

Qış

Qışa doğulanlar arasında psixi xəstəliklərə yoluxanlar daha çoxdur. Lakin bu staytistika qışda doğulan insanların uğurlu və tanınmış olmalarına mane olmur. Qış adamları nə istədiklərini yaxşı bilir, inadala öz arzularına doğru gedirlər.

Xəbər lenti