Xəzər Xəbər

İnsanı görünməz edən örtük ixtira olunub VİDEO

Veb TV | 12:45 • 11 Dekabr 2017
İnsanı görünməz edən örtük ixtira olunub

Çinli bir kişi insanı görünməz edən bir örtük ixtira etdiyini bildirib. Onun bunu sübut etmək üçün internetdə paylaşdığı video qısa bir müddətdə bütün dünyada yayılıb.

Lakin örtüyə fikirlər birmənalı qarşılanmayıb. Belə ki, Çin Xalq Müdafiə Nazirliyinin nümayəndəsi Chen Shiqu yeni ixtiranın hərbi istifadəsinin əhəmiyyətini vurğulasa da, təhlükələrindən də danışıb: "Quantum texnologiyası ilə hazırlanan "görünməzlik örtüyü", onu geyən insanın ətrafında işıq dalğalarını əks edərək, şəxsin görünməməsini təmin edə bilir. Bu əməliyyatlar zamanı həmin əsgərin gecə görüş kamerasında qeydə alınmasının qarşısını ala bilər. Amma canilər bu örtükdən istifadə edərlərsə nə olar?"

Bəziləri isə bu videoda montajlar olduğunu düşünür./faktxəbər

Xəbər lenti