Xəzər Xəbər

Messinin yeni klubu açıqlandı ŞOK İDDİA

İdman | 15:43 • 23 Noyabr 2017
Messinin yeni klubu açıqlandı

Lionel Messinin "Barselona"dan ayrılacağı ilə bağlı xəbərlər dünya mediasının gündəmini zəbt edib.


Ötən gün Çempionlar Liqasında "Yuventus"a qarşı keçirilən oyunun start heyətində yer almayan argentinalı ulduzun bikef olması və heç kiminlə danışmaması bu iddiaları gücləndirib.


İspaniya mediası iddia edib ki, Messi getmək istədiyini rəhbərliyə deyib və yanvarda komandanı tərk edəcək. Baş məşqçi Ernesto Valverde də onu bu səbəbdən ehtiyatda saxlayıb. 56-cı dəqiqədə meydana çıxan futbolçu baş məşqçi ilə bir dəqiqə də danışmayıb.


Artıq Messinin yeni klubu da açıqlanıb. İddia olunub ki, argentinalı ulduz keçmiş baş məşqçisi Pep Qvardiolanın yanına - "Mançester Siti"yə yollanacaq. Onun keçidi yeni transfer rekordu olacaq.




Qeyd edək ki, hazırda transfer rekordu Neymara məxsusdu. Braziliyalı ulduz bu yay "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub./fanat.az

Xəbər lenti