Xəzər Xəbər

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq - AÇIQLAMA

Cəmiyyət | 12:43 • 20 Noyabr 2017
Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq -

Yeni hazırlanan təhsilin dövlət standartları layihəsinə əsasən, gələcəkdə tam orta təhsil səviyyəsində bütün siniflər təmayüllər üzrə fəaliyyət göstərəcək.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov deyib.

Nazir müavini qeyd edib ki, yeni layihədə tam orta təhsil səviyyəsində fənlərin sayının azaldılması nəzərdə tutulur:

"İxtisaslaşmanın daha da dərindən aparılması məqsədilə tam orta təhsil pilləsində təmayüllü siniflər tətbiq olunacaq”. (Trend)

Xəbər lenti