Xəzər Xəbər

Ölən oğlan möcüzə nəticəsində dirildi "O biri dünyada İsa peyğəmbərlə görüşdüm"

Dünya | 16:21 • 14 Noyabr 2017
Ölən oğlan möcüzə nəticəsində dirildi

ABŞ-ın Texas ştatında qəribə hadisə baş verib.

İdman dərsində xəsarət alaraq ürəyi dayanan Zak Klement adlı gənc dərhal xəstəxanaya çatdırılıb. Həkimlər ürəyi dayanaraq, kliniki ölümü gercəkləşən gənci həyata qaytarmaq üçün 20 dəqiqə səy göstərsə də, nəticə əldə edə bilməyib.

Ümidlərin tükəndiyi bir vaxtda möcüzə baş verib.17 yaşlı məktəblinin nəbzi təkrar döyünməyə başlayıb.

Uzun müddət müalicə alan məktəbli gözlərini açdıqdan sonra qəribə açıqlamalar verib. Gənc kliniki ölüm vaxtı Həzrəti İsayla qarşılaşdığını irəli sürüb: "Saçları dağınıq, saqqalı uzun olan bir nəfəri gördüm. O Həzrəti İsa idi. Ona doğru hərəkət etdim.Əlini çiynimə qoyub mənə dedi ki, hər şey yaxşı olacaq. Narahat olma”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti