Xəzər Xəbər

Yəhudi hərbçi qadın kütlənin cavabını verdi - VİDEO

Veb TV | 11:29 • 21 Oktyabr 2017
Yəhudi hərbçi qadın kütlənin cavabını verdi -

İsrailin Yerusəlim şəhərində hərbçi qadın yolu kəsən ultramühafizəkar dindarların hücumunun qarşısını alıb.

Milli.Az Haaretz-ə istinadən bildirir ki, ultramühafizəkar "Haredi" təriqətindən olan yəhudilər Yerusəlimin mərkəzi küçələrindən birinə çıxaraq etiraz aksiyası keçirirdilər. Yolu bağlayan haredilər onların sektasından iki gəncin həbsinə etiraz edirdilər.

Həmin gənclər Yerusəlim və Bney Barak şəhərlərində haredilərin aksiyasında tutulublar. Haredilər ortodoksal yəhudilərin orduya, hərbi xidmətə çağırılmasına etiraz edirlər.

Yerusəlimdə yolu kəsmiş gənc haredilərdən kənara çəkilməyi, maşının hərəkətinə imkan verməyi xahiş edən yəhudi hərbçi qadın təhqirlərə məruz qalıb.

Gənc haredilər onu "fahişə" adlandırıblar, "şiksa" (yəhudi olmayan qadın) deməyə başlayıblar, sonucda da hərbçi qadına tüpürüblər.

Hərbçi qadın hirslənib və krav-maqa döyüş fəndlərindən istifadə edib.

Yəhudi hərbçi qadın kütlənin cavabını verdi

Xəbər lenti