Xəzər Xəbər

6 nəfəri öldürən milyonçu qızının polis bölməsindəki görüntüsü ölkədə hiddət yaratdı

Dünya | 14:52 • 20 Oktyabr 2017
6 nəfəri öldürən milyonçu qızının polis bölməsindəki

Ukraynanın Xarkov şəhərində 6 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasını törədən milyonçu qızının polis bölməsindəki fotoları yayılıb.

20 yaşlı Alyona Zaitseva "Lexus" avtomobili ilə yolun sürət həddi 35 kilometr təyin edilən hissəsində 70 kilometr/saat sürətlə hərəkət edib. Polislər onun "Touareg" markalı avtomobil ilə yarışdığını iddia edir.

3 gün polis bölməsində nəzarətdə saxlanılan qız bu gün polislərlə mübahisə edərkən çox rahat davranıb və gülümsəyib.

Araşdırmalar davam etdirilir. İlkin ehtimallara görə, Alyonanı 10 il müddətinə həbs cəzası gözləyir.

Qəzada ağır xəsarət alan digər 6 nəfərin vəziyyəti ağırdır. Onlardan 5-i komaya düşüb./publika.az

Xəbər lenti