Xəzər Xəbər

"8-ci kilometr bazarı"nda inanılmaz FIRILDAQ - Qadın yaxınlaşır...

Cəmiyyət | 12:13 • 12 Oktyabr 2017
"8-ci kilometr bazarı"nda inanılmaz FIRILDAQ -

Paytaxtın "8-ci kilometr bazarı" kimi tanınan "8-ci km bazarı"nda yeni fırıldaqçılar peyda olub.


Bu barədə metbuat.az-a məlumat verən mağaza sahibləri bildiriblər ki, fırıldaqçılar satıcıları aldadaraq, ayaqqabıların tayını oğurlayırlar.

Mağazaya yaxınlaşan qadın öncə bir ayaqqabı seçir. Daha sonra satıcıya bildirir ki, yoldaşı yeriyə bilmədiyi üçün yaxınlıqdakı avtomobildə gözləyir. Geyinib baxması üçün ondan ayaqqabının bir tayını verməsini istəyir. Satıcı bunun fırıldaq olduğunu anlamadan qadının dediyini edir. Həmin qadın daha sonra başqa mağazaya yaxınlaşaraq, eyni modelin digər tayını bu üsulla alır.


Baş veren hadisə ilə bağlı metbuat.az-a açıqlama verən "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov bildirib ki, fırlldaqların hər dəfə yeni növləri əmələ gəlir:


"Əvvəllər satıcılar alıcıları aldadırdı. İndi alıcılar satıcıları aldatmağa başlayıb. Satıcılar aldanmamaq üçün ayıq-sayıq olsalar yaxşıdır. Nəinki uzun müddətə, qısa müddətə belə hər hansı bir məhsulu vermək olmaz".

Xəbər lenti