"Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayi abunəçilər üçün qaranlıq qalan bu sualı cavablandırıb: "Abonentə verilən limit başa çatmayıbsa, dəyəri 2017-ci ildə ödənilibsə, 2018-ci ildə verilən növbəti limitə əlavə olunacaq”.
Maraqlıdır, havaların soyuması ilə əlaqədar olaraq təbii qazın verilişində artım olubmu. İ.Kərbəlayi ötən günlə müqayisədə artım olduğunu bildirib:
"Təbii qazın verilişi tələbata uyğun
tənzimlənir. Havalar soyuduqca tələbata uyğun olaraq mavi yanacağın
gəcmi 3-4 dəfəyədək artırılır. Ötən günlərlə müqayisədə havalar soyuyub.
Sentyabrın 27-də ölkə üzrə sərf olunan təbii qazın miqdarı 7 milyon 855
min kub metr olubsa, bu gün hələlik 362 min kub metr sərfiyat qeydə
alınıb. Ümumilikdə bu günlük sərfiyat 8 milyon 217 min kub metrə
çatıb”.